- Baxış sayı: 162
- 25 Mart 2026 16:38
- Baxış sayı: 242
- Mart 26, 2026
- 0

“Sərhədçi” olimpiya idman mərkəzində kişi voleybolçuların yüksək liqasının ilk dövrəsi çərçivəsində debütabtların qarşıdurmasında “Xilasedici” 3:0 üstün tərəf olub. “Express” üzərində qələbə ilə bağlı allsport.az saytına komandanın baş məşqçisi Cəlil Cəlilov bunu deyib:
“Çempionluq yolunda inamla addımlayırıq. Artıq ardıcıl 2-ci qələbəmizi qazandıq. 2 ayrı-ayrı heyətlə mübarizə aparırıq, Çalışırıq ki, optimal heyəti daha təkmilləşdirək. İşimizin rəvat getməsi məni çox sevindirir. Növbəti görüşlərdə uğur zolağını davam etdirməyə səy göstərəcəyik”.