- Baxış sayı: 91
- 10 Noyabr 2025 18:01
- Baxış sayı: 104
- Dekabr 05, 2025
- 0

Ağdağ (Ağtau) şəhərində hazırlığı başa vuran futzal üzrə Azərbaycan millisi, toplanmış çərçivəsində növbəti dəfə Qazaxıstanla qarşılaşıb. Allsport.az saytı xəbər verir ki, oyun 6:5 rəqibin xeyrinə başa çatıb. Komandamızın baş məçqçisi Joze Alesio da Silvanın fikrini nəzərinizə çatdırırıq:
“Bu dəfə də oyun digərinin bənzəri oldu. 2 əsas oyunçumuz – Eduardo və Qalo bu dəfə zədə səbəbindən meydana çıxa bilmədi. Yenə ilk hissədə yaxşı oynadıq. Hər 2 qarşılaşmadakı nizam-intizamdan razı qaldım. Taktiki palanda etmək istədiklərimizi reallaşdırdıq.
Heyətimiz qısa olduğuna görə 2-ci hissədə yenə yorğunluq sözünü dedi, həm də digər taktiki variantlarımızı tətbiq edə bilmədik. Əvəzində gənc futzalçılarımıza da şans verdik. Onlar bu cür oyunlarda təcrübə qazanacaqlar”.