- Baxış sayı: 46
- 06 Fevral 2026 21:54
- Baxış sayı: 141
- Fevral 06, 2026
- 0

11-12 martda Xorvatiyanın paytaxtı Zaqrebdə yeniyetmələr arasında Avropa kuboku keçiriləcək.
Allsport.az xəbər verir ki, turnirdə 35 ölkədən 894 idmançı iştirak edəcək. Azərbaycan yarışda 50 nəfərdən ibarət heyətlə təmsil olunacaq.
Cüdoçulara baş məşqçi Rüstəm Alimli, məşqçilər – Nicat Şıxəlizadə və Emin İskəndərov, qızlarda məşqçilər – Elnur İsmayılov və Kifayət Qasımova rəhbərlik edəcək.