Yeniyetmə taekvondoçularımız 6-cı “Asiyanın uşaqları” idman oyunlarında

Saxa respublikasının Yakutsk şəhərində 6-cı “Asiyanın uşaqları” beynəlıxalq idman oyunları təşkil ediləcək. Allsport.az saytı xəbər verir ki, 4 ildən bir təşkil edilən oyunlar, müxtəlif idman növlərində keçirilir ki,bunların arasında taekvondo idman növü də var.

Bu gün Yakutsk şəhərinə yollanan idmançılarımız arasında 5 taekvondoçu yer alıb. Belə ki, 38 ölkənin qatılacağı beynəlxalq oyunlarda ölkəmizi yeniyetmələrdən ibarət böyük məşqçi,əməkdar məşqçi Sənan Həşimovun rəhbərliyi ilə taekvondoçulardan 48 kq çəki dərəcəsində Ayaz Qəmbərli, Qasım Aslanov (55 kq), Nicat Müslümov (63 kq), İkram Hüseynov (73 kq) və Orxan Tağızadə (+73 kq) təmsil edəcəklər.

Qeyd edək ki, 1996-cı ildən keçirilən yarışlarda Azərbaycanla yanaşı Bəhreyn, Butan, Vyetnam, İraq, İran, Yəmən, Qazaxıstan, Çin, Koreya Respublikası, Küveyt, Qırğızıstan, Laos, Maldiv, Monqolustan, Nepal, Pakistan da daxil olmaqla Asiyanın 38 ölkəsinin təmsilçiləri basketbol, boks, taekvondo, sərbəst güləş, cüdo, yüngül atletika, stolüstü tennis, üzgücülük və s. idman növlərində medallar uğrunda mübarizə aparacaq.

Həmin kateqoriyadan