- Baxış sayı: 209
- 03 Dekabr 2025 23:49
- Baxış sayı: 40
- Dekabr 05, 2025
- 0

Azərbaycan voleybol federasiyasının regional inkişaf mərkəzi və təhsil nazirliyinin birgə təşkilatçılığı ilə 8-10 yaşlı uşaqlar arasında məşqçi-müəllimlər üçün seminarları davam edir. Allsport.az saytı xəbər verir ki, fevralın 5-də start götürən seminar Bakı və Şəkidən sonra Yevlax rayonunda təşkil olunub.
Aprelin 2-də burada keçirilən dərslərdə Yevlax, Ağdaş, Tərtər, Bərdə, Göyçay, Ağcabədi rayonlarından ümumilikdə 19 orta məktəb müəllimi iştirak edib. AVF-nin regional inkişaf mərkəzinin rəhbəri Nərgiz İsmayılova, 4 nömrəli olimpiya ehtiyatları məktəbinin dərs hissə müdiri Çingiz Səmədov iştirakçılara uğurlar arzulayıblar.
Sonra məşqçi-seleksioner Tatyana Korjova uşaqların voleybola cəlb olunması və azyaşlıların ilkin məşq prosesi haqqında məlumat verib. Sonda iştirakçı məşqçi-müəllimlərə sertifikatlar və toplar təqdim edilib.