- Baxış sayı: 205
- 03 Dekabr 2025 23:49
- Baxış sayı: 105
- Dekabr 05, 2025
- 0

Şərqi Avropa voleybol zonal assosiasiyası (EEVZA) çempionatında iştirak edən 20 yaşadək voleybolçu qızlardan ibarət komandamız bu gün Litvanın Şaulyay şəhərinə yola düşüb.
Allsport.az xəbər verir ki, Şahin Çatmanın rəhbərlik etdiyi millimiz Latviya, Ukrayna, Estoniya, Polşa və ev sahibi Litva komandaları ilə üz-üzə gələcək.
Yığmamız ilk matçını yanvarın 3-də Estoniya komandasına qarşı keçirəcək.
Qeyd edək ki, yanvarın 3-7-də baş tutacaq yarış “Avro-2024”ə seçmə xarakteri daşıyır. Reqlamentə əsasən, çempion qitə birinciliyinin final mərhələsinə vəsiqə əldə edəcək.