- Baxış sayı: 160
- 25 Mart 2026 16:38
- Baxış sayı: 242
- Mart 26, 2026
- 0

Kişi voleybolçuların yüksək liqasında III dövrəyə martın 15-də start veriləcək. Allsport.az saytı xəbər verir ki, həmin gün XI tur çərçivəsində “Ekspress” – “Neftçi” və “Murov” – “Sərhədçi” matçları keçiriləcək. Görüşlər müvafiq olaraq, saat 16:00-da və 18:00-da start götürəcək.
Martın 18-də isə XII turun oyunları baş tutacaq. Öncə meydana saat 15:00-da MOİK və “Neftçi” komandaları çıxacaqlar. Bu qarşılaşmadan 2 saat sonra “Murov” – “Ekspress” duelinə start veriləcək.