- Baxış sayı: 162
- 25 Mart 2026 16:38
- Baxış sayı: 242
- Mart 26, 2026
- 0

Avropa çempionatının final mərhələsinə hazırlığını davam edən qadın voleybol millimiz Yunanıstanda təlim-məşqi başa vurub. Allsport.az saytı xəbər verir ki, Vüqar Əliyevin komandası 3 yoxlama oyunu keçirib. Qızlarımız ev sahibələrinə qarşı matçların birində qalib olub.
Millimiz hazırlıq planına uyğun olaraq avqustun 31-də oradan birbaşa Macarıstana yola düşüb. Komandamız Macarıstanda avqustun 5-7-də keçiriləcək “SAVARİA” beynəlxalq turnirində qüvvəsini sınayacaq.
Dairəvi sistemlə baş tutacaq yarışda millimizin rəqibləri ev sahibləri, Niderland və Çex Respublikası yığmaları olacaq. Voleybolçularımız avqustun 5-də Macarıstanla, 6-da Niderlandla, turnirin son günü isə Çexiya millisi ilə üz-üzə gələcək.