“”Yuventus” on nəfərlə qaldıqdan sonra belə bizə çox çətinlik yaratdı”

“Qalatasaray”ın baş məşqçisi Okan Buruq çempionlar liqasının pley-off mərhələsində “Yuventus”la dramatik oyundan (əlavə vaxtdan sonra 2:3) sonra fikrini bölüşüb.

Allsport.az xəbər verir ki, ilk matçdakı böyük üstünlüyə (5:2) baxmayaraq, Turin klubunun azlıqda qalmasına rəğmən fərqi aradan qaldırması qarşılaşmanı əlavə vaxta daşımışdı.

Okan Buruq komandasının oyunundan tam razı qalmadığını etiraf edib: “Bu gün çox güclü rəqiblə qarşılaşdıq. Buraya böyük üstünlüklə gəlmişdik və onu qorumalı idik, lakin bunu bacarmadıq. “Yuventus” on nəfərlə qaldıqdan sonra belə bizə çox çətinlik yaratdı. Topa nəzarət etməkdə və soyuqqanlı olmaqda problemlər yaşadıq. Bu, bizim ən yaxşı oyunumuz deyildi, lakin ən vacibi 1/8 finala yüksəlməkdir”.

Həmin kateqoriyadan