- Baxış sayı: 44
- 04 Dekabr 2025 15:28
- Baxış sayı: 147
- Dekabr 04, 2025
- 0

Serbiyanın Novi Sad şəhərində U23 dünya çempionatı start götürüb.
Allsport.az xəbər verir ki, ilk yarış günündə 4 çəkidə yunan-Roma güləşi üzrə finalçılar müəyyənləşib.
Ziya Babaşov (63 kq) yaponiyalı Miruto Tokuhiqaya 7:1, iranlı Mohammad Navidə 3:1 hesabıyla, rusiyalı Dоrdji Şunqurtsikova isə ilk xal prinsipinə əsasən (1:1) qalib gələrək yarımfinala yüksəlib. Ziya yarımfinalda türkiyəli Sərvət Angidən də güclü olub – 2:1. Babaşov sabah finalda moldovalı Vitali Yeryomenkoyla qarşılaşacaq.
Davud Məmmədov (77 kq) debütdə macarıstanlı Levente Levaya 0:5 hesabıyla məğlub olub.
Laçın Vəliyev (87 kq) təsnifat mərhələsində iranlı Qulamrza Fərruxisencaniyə 0:8 hesabıyla uduzub. Rəqib finala yüksəldiyi üçün təmsilçimiz sabah təsəlliverici görüşə çıxacaq.
Ayxan Mərdanov (130 kq) çinli Şuanqyu Çeni “tuş”la mübarizədən kənarlaşdırsa da, 1/4 finalda rusiyalı Aleksandr Melexovla bacarmayıb – 0:9.