Azərbaycanda idmanla bağlı “Red Bull Illume” milli mobil fotoşəkil müsabiqəsinə start verilib

İdman və macəraya həsr olunan dünyanın ən böyük beynəlxalq fotoşəkil müsabiqəsi “Red Bull Illume” Azərbaycana gəlir. Allsport.az saytı xəbər verir ki, ötən il keçirilən seçimə 120 ölkənin 5,645 fotoqrafdan rekord sayda 34,624 fotoşəkil təqdim olunub. Münsiflər heyəti 55 finalçı, müxtəlif kateqoriyalar üzrə 11 qalib və 1 qalibi seçib.

Hazırda qalib fotoqrafların fotoşəkilləri “Red Bull Illume Exhibit Tour” çərçivəsində dünya üzrə səyahət edir və ölkəmizin paytaxtı Bakı şəhərinə üz tuturlar. Odlar yurdunun həm həvəskar, həm də peşəkar fotoqrafları bu turnirdə iştirak edə bilərlər. Təşkilatçılar, tədbirin tərəfdaşları Heydər Əliyev Mərkəzi və Bakı Şəhər Halqası ilə birlikdə “Red Bull Illume”nin dünya üzrə qalibləri sırasında nümayiş şansı qazanacaq ən yaxşı fotoların axtarışındadır.

Fotolar mobil telefonla çəkilməli, hərəkət və macəra əks etdirməlidir. Milli mobil fotoşəkil müsabiqəsi, “Red Bull Illume”, açıq havada keçirilən unikal gecə foto sərgisində təqdim olunmaq imkanını yaradır. Bundan əlavə, müsabiqənin qalibləri 2018 formula-1 Azərbaycan qran-prisinə bilet və mobil telefon və ya foto-texnika alınmasına kupon qazanacaq.

Həmin kateqoriyadan