“Paris yay olimpiya oyunlarına medal üçün yollanacağam”

Bu gün İstanbulda dünya olimpiya təsnifatında yunan-Roma güləşçimiz Sabah Şəriəti (130 kq) Paris-2024-ə vəsiqə qazandı. Başağşəhər idman zalında o allsport.az saytına açıqlama verdi:

“Xeyli vaxtdır çalışırıqdıq, gündə 3 dəfə məşq edirdik. Bu, mənim üçün son olimpiadadır. O üzdən bütün gücümü bura qoymuşdum.

Bakıda komanda yoldaşım Beka Kandelaki imkanı qaçırdı. Sonra növbə mənə çatdı. Allaha çox şükürlər olsun, fürsəti fövtə vermədim.

Paris yay olimpiya oyunlarına medal üçün yollanacağam. Bir dəfə, Rio-2016-da özümü sübut etmişən. Cavan deyiləm ki, ora iştirak üçün gedim”.

Həmin kateqoriyadan