“Paris-2024-də də bu təcrübədən yararlanmaq niyyətindəyəm”

9 mayda İstanbulda dünya olimpiya təsnifatının ilk günündə yunan-Roma güləşçisi Rafiq Hüseynov 87-kq-da Paris-2024-ə vəsiqə qazandı. Başağşəhər idman zalında o allsport.az saytına müsahibəsində uğur hekayəsini anlatdı:

– Təbriklər! Ölkəmizin 20-ci lisenziyasını sən qazandın.
– Olimpiya oyunlarına vəsiqə qazanmaq mənim üçün böyük nəticədir. Çox istəyirdim ki, buna Bakıda keçirilən Avropa olimpiya təsnifatında yiyələnim. Amma müəyyən səbəblərdən – zədə üzündən bu arzum yarımçıq qalmışdı. Yenidən toparlanıb uğur qazanmaq böyük nailiyyətdir.

– Rafiq, hesab etmirsən ki, bu məsələdə Allah sənə yol açdı, fürsət verdi.
– Buna şübhəm yoxdur. Allah belə məsləhət bilmişdir, belə də oldu.

– Və həlledici məqamda olimpiadaya vəsiqəni təcrübə sayəsində qazandın.
– Fikirləşirəm ki, bütün görüşləri təcrübəmin hesabına qazandım. Paris-2024-də də bu təcrübədən yararlanmaq niyyətindəyəm.

– Demək, öncədən planlaşma özünü doğrultdu.
– Kamran müəllimin (Məmmədov) məsləhəti ilə taktika qurmuşduq. Bundan savayı, Bakıya zəng edib atamdan məsləhətlər alırdım. Hər görüş əsnasında onun tövsiyyələrini dinləyirdim. Ona görə də qalıb gəldim.

– Tokio-2020-nin davamı Paris-2024-də gələcəkmi?
– Allah nəsib eləsin.

Söhbətləşdi: Kamran HACI

Həmin kateqoriyadan