- Baxış sayı: 45
- 06 Fevral 2026 21:54
- Baxış sayı: 139
- Fevral 06, 2026
- 0

Şağan Olimpiya İdman Kompleksində ACF kuboku keçirilib. Allsport.az saytı xəbər verir ki, yarışda Azərbaycan, Rusiya və Gürcüstan milliləri iştirak ediblər. Turnirin qaydasına əsasən, 4 kollektiv – Azərbaycan – 1, Azərbaycan – 2, Rusiya və Gürcüstan cüdoçuları kubok uğrunda mübarizə aparıblar.
Azərbaycan-1-də millimizin əsas heyətində çıxış edən, Azərbaycan-2-də isə ehtiyat heyətində olanlar çıxış ediblər. Maraqlı və gərgin idman mübarizəsi şəraitindən keçən turnirdə Azərbaycan-1 qalib, Gürcüstan 2-ci və Rusiya komandaları 3-cü olublar.