- Baxış sayı: 46
- 06 Fevral 2026 21:54
- Baxış sayı: 139
- Fevral 06, 2026
- 0

Avqustun 23-də Xorvatiyanın paytaxtı Zaqrebdə dünya çempionatının ilk günündə cüdoçularımız 1 dəst medal qazanıblar. Allsport.az saytı xəbər verir ki, Azərbaycanın yeniyetmələrdən ibarət millisi son 10 ildə ilk qızıl medala yiyələnib (yalnız 2013-cü ildə Natiq Qurbanlı yeniyetmələr arasında dünya çempionu titulunu qazanıb).
Oğlanlar arasında 50 kq-da Məhəmməd Məmişov və Nihad Məmişov bütün rəqiblərini geridə qoyaraq, finalda üz-üzə gəliblər. Görüşün nəticəsində adı 2-ci çəkilən təmsilçimiz fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.
55 kq-da Mirxaliq İskəndərov 3-cü yer uğrunda tutaşmada fransalı Adrian Mivovana aman verməyib. 23-26 avqustda fərdi, ayın 27-sində komanda yarışı olacaq.