11 cüdoçumuz “Asiya uşaqları”nda

Azərbaycanın yeniyetmə cüdoçuları “Asiya uşaqları” VIII beynəlxalq idman oyunlarında iştirak edəcək.

Allsport.az xəbər verir ki, iyunun 30-dan iyulun 2-dək keçiriləcək yarışa Rusiyanın Saxa Respublikasının paytaxtı Yakutsk ev sahibliyi edəcək. Azərbaycan millisi turnirdə 5 qız və 6 oğlan cüdoçu ilə təmsil olunacaq.

Mükafatlar uğrunda Anar Quliyev (46 kq), Məhəmməd Rüstəmli (50 kq), İlkin Qarayev (55 kq), Özqan Quliyev (60 kq), Əli Hümbətli (66 kq), Amin Mehdiyev (73 kq), Gülşən Hüseynova (40 kq), Gülgəz Musayeva (44 kq), Könül Eyvazlı (48 kq), Səmayə Yusiflı (52 kq) və Fidan Cəlilli (63 kq) mübarizə aparacaq. Yarışdan əvvəl ACF-in icraçı vitse-prezidenti Rəşad Rəsullu və qurumun prezidentinin müşaviri Natiq Bağırov yığmaların təlim-məşq toplanışlarını ziyarət edərək onların hazırlıqları ilə maraqlanıblar, yeniyetmə cüdoçularımıza yarışda müvəffəqiyyətlər arzu ediblər.

Qeyd edək ki, yarışda “A” kateqoriyalı beynəlxalq dərəcəli hakimi Arzu Acalova ədalət təmsilçiləri arasında yer alacaq.

Həmin kateqoriyadan