- Baxış sayı: 53
- 22 Mart 2026 13:36
- Baxış sayı: 347
- Mart 22, 2026
- 0

Qazaxıstanın Aktau şəhərində 7-8 oktyabrda cüdo üzrə açıq Asiya turniri keçiriləcək.
Allsport.az xəbər verir ki, turnirdə 10 ölkədən 244 idmançı iştirak edəcək.
Azərbaycan yarışda 7 çəki dərəsində 14 cüdoçu ilə təmsil olunacaq.
Cüdoçularımıza böyüklərdən ibarət yığmanın böyük məşqçiləri Mehman Əzizov və Slavko Tekiç, böyük performans analitik Zaur Babayev rəhbərlik edəcək.
-60 kq.
Nurlan Kərimli
Babarahim Mirzəyev
-66 kq.
Qasım Vəlizadə
Rəşad Yelkiyev
-73 kq.
Nəriman Mirzəyev
Rüfət Şövlətov
-81 kq.
Məmmədrza Hacızadə
Məhərrəm İmamverdiyev
-90 kq.
İbrahim Ağakişiyev
Əjdər Bağırov
Musa Hüseynli
-100 kq.
Ruslan Nəsirli
+100 kq.
Camal Feyziyev
İmran Yusifov