- Baxış sayı: 64
- 03 Dekabr 2025 22:40
- Baxış sayı: 147
- Dekabr 04, 2025
- 0

26–29 iyunda Şimali Makedoniyanın paytaxtı Skopyedə cüdo üzrə yeniyetmələr arasında Avropa çempionatında Azərbaycan ümumilikdə 14 çəki dərəcəsində 19 idmançı (10 oğlan, 9 qız) ilə fərdi mübarizədə təmsil olunacaq.
Allsport.az xəbər verir ki, milli turnirin son günündə qarışıq komanda yarışında mübarizə aparacaq.
Cüdoçulara yeniyetmə oğlanlardan ibarət yığmanın baş məşqçisi Emin İskəndərov, məşqçilər Nicat Şıxəlizadə ilə Kotaro Sasaki, yeniyetmə qızlardan ibarət yığmanın baş məşqçisi Elnur İsmayılov, məşqçi Əmrah Əhmədov rəhbərlik edəcək.
Qitə birinciliyində Azərbaycan cüdo federasiyasının hakimlər heyətinin üzvü, “A” kateqoriyalı beynəlxalq dərəcəli hakim Akif Tahirov ədalət təmsilçiləri arasında yer alacaq.
Qızlar
40 kq
Mədinə Hüseynova
44 kq
Gülşən Hüseynova
48 kq
Nərmin Ağamirzəzadə
Leyla Ələkbərova
52 kq
Aysun Məmmədova
Nuranə Hacızadə
57 kq
Səmayə Yusifli
63 kq
Ayan Əliyeva
70 kq
Məsumə Məmmədli
Oğlanlar
50 kq
Anar Quliyev
İbrahim Talıbov
55 kq
Rəsul Əlizadə
Məhəmmədəli Hüsiyev
60 kq
Zeyd Ələsgərov
66 kq
Əli Hümbətov
73 kq
Səid Şərifov
Ayxan Həsənli
90 kq
Səid Hüseynov
+90 kq
Tunar Fərzəliyev
Qarışıq komanda yarışı
81 kq
Abdullah Rəhmətov