- Baxış sayı: 52
- 22 Mart 2026 13:36
- Baxış sayı: 347
- Mart 22, 2026
- 0

Tatarıstan paytaxtı Qazanda cüdoçuların Avropa çempionatı davam edir. Allsport.az saytı xəbər verir ki, yarışın ikinci günündə mübarizəyə daha 2 idmançınız qoşulacaq.
73 kq-da millimizin liderlərindən olan Rüstəm Orucov rəqabətə 1/16 finaldan başlayacaq. O, ilk cəhdində litvalı Kestutis Vitkauskasla üz-üzə gələcək.
81 kq-da Əbdülhaqq Rəsullunun da ilk görüşü 1/16 finala təsadüf edəcək. Həmyerlimiz Alain Şmittlə (Fransa) qarşılaşacaq.
Yarışın ilk günündə 4 cüdoçumuz tatamiyə çıxıb və onlardan yalnız biri – Orxan Səfərov (60 kq) fəxri kürsüyə qalxıb. İdmançımız turnirin ikincisi olub. Millimiz yarışa 9 kişi, 1 qadın cüdoçu ilə qatılıb. Avropa çempionatı aprelin 24-də başa çatacaq.