2 gimnastımız 4-cü oldu

Macarıstanın paytaxtı Budapeştdə keçirilən bədii gimnastika üzrə Avropa çempionatı davam edir.

Allsport.az xəbər verir ki, yarışın ikinci günündə gənclər arasında qaliblər bəlli olub.

İlahə Bahadırova (30,500) topla, Şəms Agahüseynova (29,000) lentlə çıxış zamanı medal qazanmağa yaxın olub. Onlar çempionatı 4-cü pillədə başa vurublar. Gövhər İbrahimova (30,400) halqa ilə 5-ci, Fidan Qurbanlı (28,400) gürzlərlə 8-ci yeri tutub. 

Qeyd edək ki, yarışın ilk günündə yeniyetmə gimnastlarımız komanda hesabında bürünc medal qazanıblar.

Həmin kateqoriyadan