21 boksçumuz Avropa çempionatında

21 boksçumuz Avropa çempionatında

Oktyabrın 18-25-də Trabzonda boks üzrə U-15 Avropa çempionatı keçiriləcək.

Allsport.az xəbər verir ki, yarışda Azərbaycan millisi 21 idmançı ilə təmsil olunacaq.

Çempionatda ölkəmizin idman şərəfini Hüseyn Rəhimli (40 kq), Hümbət Almazov (42 kq), Ələkbər Məmmədli (44 kq), Əlimədəd Qədirli (46 kq), Müslim Ələkbərov (48 kq), Niyaməddin Tağızadə (50 kq), Sənan Nəsibli (52 kq), Sadiq Xəlilov (54 kq), Yusif Əli (57 kq), Sunay Əzimov (60 kq), Nazim Qazıyev (63 kq), Rafael Abbasov (66 kq), Sərxan Haxverdiyev (70 kq), Həsən Lütfəliyev (75 kq), Fərhad Əhmədli (80 kq), Teymur Tanrıverdiyev (90 kq), Hüseyn Aydəmirli (+90 kq), Aişə Muradova (48 kq), Nuray Qafarova (50 kq), Veysilə Əliyeva (54 kq) və Gülay Ocaqova (57 kq) qoruyacaqlar.

Yarışda Stanislav Krılovla Məsməxanım Səlimova isə hakimlik edəcəklər.

Həmin kateqoriyadan