Şizofreniya açıqlaması döyüş planlarına təsir etdi

Şizofreniya açıqlaması döyüş planlarına təsir etdi

Britaniyalı boksçu Tayson Fyuri Entoni Coşua ilə döyüşdən əvvəl xüsusi tibbi müayinədən keçəcək.

Allsport.az xəbər verir ki, Böyük Britaniyanın boks nəzarət şurası bu qərarı Fyurinin həyat yoldaşı Perisin onun şizofreniyadan əziyyət çəkdiyini açıqlamasından sonra qəbul edib.

Lakin Peris Fyuri sonradan sözlərinə aydınlıq gətirərək boksçuya heç vaxt belə diaqnoz qoyulmadığını bildirib. “Netflix” də ailənin təqdim etdiyi yeni məlumatdan sonra sənədli filmdə müvafiq dəyişikliklər edib.

Şuranın baş katibi Robert Smit bildirib ki, Fyurinin döyüşə buraxılması həkimlərin rəyindən asılı olacaq. Yekun qərarın yaxın günlərdə veriləcəyi gözlənilir.

Tayson Fyuri ilə Entoni Coşua arasında döyüşün dekabrın 12-də keçirilməsi nəzərdə tutulur.

Həmin kateqoriyadan