- Baxış sayı: 66
- 27 Noyabr 2026 20:57
- Baxış sayı: 299
- Noyabr 26, 2026
- 0

Noyabrın 28-də Daşkənddə boks üzrə dünya kubokunun final mərhələsi start götürəcək.
Allsport.az xəbər verir ki, 6 gün davam edəcək yarışda Azərbaycan millisi 2 idmançı ilə təmsil olunacaq.
Baş məşqçi Rövşən Xocayev və məşqçi Etibar Abdullayevin rəhbərliyi altında rinqə Nəbi İsgəndərovla (70 kq) Məhəmməd Abdullayev (+90 kq) çıxacaqlar.
World Boxing-in 2026-cı il üzrə təşkil etdiyi üçmərhələli Kubok seriyasının həlledici yarışında hər çəki dərəcəsində 8 boksçu mübarizə aparacaq. Onlardan biri ev sahibi Özbəkistanın kvotası ilə, digər 7-si isə Braziliya və Çində keçirilmiş əvvəlki mərhələlərin nəticələrinə əsasən müəyyənləşdirilib.
Boksçularımız dünya kubokundan öncə Daşkənddə 12 günlük beynəlxalq təlim-məşq toplaşına qatılıb.