- Baxış sayı: 45
- 26 Oktyabr 2026 14:54
- Baxış sayı: 70
- Oktyabr 25, 2026
- 0

Trabzonda boks üzrə U-15 Avropa çempionatında yarımfinal mərhələsinə yekun vurulub.
Allsport.az xəbər verir ki, mərhələnin ikinci günündə Azərbaycan millisinin daha bir boksçusu adını finala yazdırıb.
Teymur Tanrıverdiyev (90 kq) Andrey Konstantinovu (Rusiya) məğlub edib – 5:0 (30:27, 29:28, 29:28, 29:28, 29:28). Boksçumuz finalda Riçard Ovidiu (Rumıniya) ilə qüvvəsini sınayacaq.
Nuray Qafarova (50 kq), Sadiq Xəlilov (54 kq), Sunay Əzimov (60 kq) və Rafael Abbasov (66 kq) isə bürünc medala yiyələniblər.
Beləliklə, finala vəsiqə qazanan boksçularımızın sayı 4-ə yüksəlib. Oktyabrın 25-də Teymur Tanrıverdiyevdən (90 kq) başqa, Sənan Nəsibli (52 kq), Yusif Əli (57 kq) və Sərxan Haxverdiyev (70 kq) də qızıl medal döyüşünə çıxacaqlar. Onlar müvafiq olaraq, Brodi Dau (Şotlandiya), Yeqor Jiruxin (Rusiya) və Şeyn Fyuri (İngiltərə) ilə üz-üzə gələcəklər.
Bir gün öncə Ələkbər Məmmədli (44 kq) və Gülay Ocaqova (57 kq) da U-15 Avropa çempionatında bürünc medala sahib olub.