Avropa çempionatına birgə hazırlaşırlar

Avropa çempionatına birgə hazırlaşırlar

Bakıda boks üzrə U-23 Azərbaycan millisi növbəti təlim-məşq toplanışına start verib.

Allsport.az xəbər verir ki, noyabrın 12-dək davam edəcək toplanışda komandamızla yanaşı, Türkiyə yığması da hazırlıq keçəcək.

Bakı boks mərkəzində təşkil olunan toplanışa 25-dək boksçu qatılıb. Komandalar gündə 2 dəfə məşq keçəcək, sınaq döyüşlərində güclərini yoxlayacaqlar. Toplanışda əsasən texniki-taktiki hazırlığa üstünlük veriləcək.

Məşqlər Xorvatiyada təşkil olunacaq U-23 Avropa çempionatına hazırlıq xarakteri daşıyır.

Avropa çempionatı noyabrın 16-24-də baş tutacaq.

Həmin kateqoriyadan