- Baxış sayı: 52
- 16 Oktyabr 2026 20:44
- Baxış sayı: 99
- Oktyabr 16, 2026
- 0

Budvada boks üzrə U-19 dünya çempionatına start verilib.
Allsport.az xəbər verir ki, mundialın ilk günündə Azərbaycan millisinin 2 boksçusu qələbə qazanıb.
Nihat Qasımov (55 kq) 1/32 finalda Nursultan Duşonalıyevlə (Qırğızıstan) qarşılaşıb. Döyüş boksçumuzun 3:2 (29:28, 28:29, 30:27, 30:27, 27:30) hesablı qələbəsi ilə başa çatıb. O, oktyabrın 18-də növbəti görüşündə ilk mərhələdən azad olan Arjanpal Hundalla (Kanada) üz-üzə gələcək.
Səfdər Məmmədzadə (+90 kq) isə 1/8 finalda Kirill Jukovskini üstələyib. Milli üzvü rəqibini 3:2 (27:29, 28*:28, 27:29, 29:27, 29:27) hesabı ilə məğlub edib. O, ikinci görüşünü oktyabrın 23-də İvan Baybakova (Rusiya) qarşı keçirəcək.
Dünya çempionatı oktyabrın 27-də yekunlaşacaq.