- Baxış sayı: 116
- 23 İyun 2024 17:40
- Baxış sayı: 47
- İyul 26, 2024
- 0
Türkiyənin Antalya şəhərində qılıncoynatma üzrə Avropa çempionatında qadın sablyaçıların şəxsi yarışında mükafatçılar müəyyənləşib. Allsport.az saytı xəbər verir ki, qrup mərhələsini 5 qələbə ilə başa vuran Anna Başta, pley-ofda Rumıniya təmsilçisi Sabina Martisi 15:8 məğlub edib.
8-liyə yüksəlmək uğrunda Palina Kaspiaroviçə 15:14 hesabı ilə qalib gəlib. 1/4 finalda ukraynalı olimpiya çempionu Olqa Xarlanı mübarizədən kənarlaşdıran (15:14) qılıncoynadanımız, yarımfinalda polşalı Suzanna Pieslara 15:6 üstələyib.
Həlledici görüşdə İtaliya sablyaçısı Rossella Qreqorioya 15:9 hesabı ilə qalib gələn legionçumuz, 23 il sonra ölkəmizə Avropa çempionatının qızıl medalını qazandırıb. 1999-cu ildə İtaliyanın Bolzano şəhərində Yelena Jemayeva baş mükafata yiyələnmişdi.