“Yarışdan öncə insanların boynumdam medal asması düzgün deyil”

Krakov-2023 Avropa oyunlarında qadın sablyaçıların çıxışı öncəsi millinin aparıcı üzvü Anna Başta ən güclü 16-lığa yüksəlmək uğrunda görüşdə polşalı Malqorzata Kozaçuka 11:15 hesabı ilə uduzub. Allsport.az saytı xəbər verir ki, o, çıxışından sonra media zonasında açıqlama verdi:

“Ötən il yaxşı nəticələrim oldu. Bu mövsüm enişdəyəm. Belə hallar olur və təbiidir. Hamı məndən uğur gözləyirdi. Amma yarışdan öncə insanların boynumdam medal asması düzgün deyil.

Əsas hədəf olimpiya oyunlarına vəsiqəsidir. Komanda yarışında bütün rəqiblər eyni gücdədir. Paris-2024-ə lisenziya qazanmağı çox istəyirik. Krakovda alınmasa, növbəti fərdi yarışlarda bunu gerçəkləşdirməyə çalışacağam”.

Kamran HACI, Krakov

Həmin kateqoriyadan