Sofiyadan 2 mükafatla

Bolqarıstanın paytaxtı Sofiyada “Satellite” turnirində sablyaçımız Anna Başta qızıl medal qazanıb. Allsport.az saytı xəbər verir ki, Polina Kaspiaroviç isə bürünc medal qazanıb.

Qrupu uğurla (5 qələbə) başa vuran legionçu, bu mərhələyə kimi bolqar və ən güclü 8-liyə yüksəlməyi bacaran komanda yoldaşı Zərifə Hüseynovaya qalib gəlib.

Digər təmsilçilərimizdən Səbinə Kərimova da ən güclü 8-liyə yüksəlməyi bacarsa da, yarımfinala yüksəlmək uğrunda yenilib.

Valeriya Bolşakova isə ən güclü dördlüyə yüksəlmək uğrunda keçirilən görüşdə Bolqarıstan sablyaçısı Olqa Hramovaya (6:15) məğlub olub. O, ən güclü 16-lıqda təmsilçimiz Sevil Bünyatovaya 15:9 hesabı ilə qalib gəlib.

Həmin kateqoriyadan