Dünya çempionatında uğursuz

İtaliyanın Milan şəhərində qılıncoynatma üzrə dünya çempionatında sablya millinin lideri Anna Başta çıxışını başa vurub.

Allsport.az saytı xəbər verir ki, mübarizəyə əsas mərhələdən başlayan təmsilçimiz ilk görüşündə hindistanlı Anandha Çadalavadaya 15:13, sonra ABŞ idmançısı Maia Çamberleyni 15:6 qalib gəlib.

İlk 8-liyə yüksəlmək uğrunda qarşılaşmada bolqarıstanlı Yoana İlievaya 8:15 məğlub olub.

İyulun 29-da Anna Başta, Səbinə Kərimova, Palina Kaspiaroviç və Valeriya Bolşakova komanda yarışında mücadilə edəcəklər.

Həmin kateqoriyadan