Ən güclü 8-liyə yüksəldilər

Bu gün İtaliyanın Milan şəhərində qılıncoynatma üzrə dünya çempionatında qadın sablyaçıların komanda yarışına start verilib.

Allsport.az saytı xəbər verir ki, Anna Başta, Səbinə Kərimova, Palina Kaspiaroviç və Valeriya Bolşakova ən güclü 16-lığa yüksəlmək üçün Argentinaya 45:33 qalib gəlib. Millimiz növbəti görüşdə Almaniyanı 45:32 məğlub edərək ən güclü 8-liyə yüksəlib.

Komandamız sabah yarımfinala yüksəlmək uğrunda Koreya Respublikası ilə qarşılaşacaq.

Həmin kateqoriyadan