Ölkə çempionatında ilk gün

Aerobika üzrə 8-ci ölkə çempionatının 1-ci hissəsi uğurla başa çatıb. Allsport.az saytı xəbər verir ki, gimnastlar öz yaddaqalan çıxışları ilə Neftçala olimpiya idman kompleksində toplaşan izləyicilərə aerobikanın necə də gözəl idman növü olduğunu nümayiş etdiriblər.

Ölkə çempionatının artıq ilk qalibləri də bilinib. Mükafatlandırma zamanı qalib idmançılara medalları Şirvan-Salyan regional gənclər və idman idarəsinin rəisi Aydın Yusifov və Neftçala olimpiya idman kompleksinin direktoru Əjdər Abbasov təqdim ediblər.

Həmin kateqoriyadan