- Baxış sayı: 72
- 03 Dekabr 2025 22:40
- Baxış sayı: 105
- Dekabr 05, 2025
- 0

Azərbaycan cüdo federasiyası klub və idman təşkilatlarının lisenziyalaşdırılması prosesini davam etdirir.
Allsport.az xəbər verir ki, iyulun 7-də federasiya tərəfindən daha 24 klub və idman təşkilatına beş il müddətinə lisenziya təqdim edilib. Sözügedən qurumlar qaydalara uyğun şəkildə tələb olunan sənədləri təqdim edib və müəyyən olunmuş meyarlar əsasında seçiliblər.
Təqdimat mərasimində ACF-in idman direktoru və baş katibin müavini Kamran Talıbov lisenziyalaşdırma prosesinin mahiyyəti, əhəmiyyəti, klub və idman təşkilatlarının üzərinə düşən öhdəliklər barədə məlumat verib. Həmçinin onların suallarını ətraflı cavablandırıb.
Bundan əvvəl ACF tərəfindən 178 klub və idman təşkilatına lisenziya təqdim olunmuşdu.