- Baxış sayı: 49
- 15 Yanvar 2025 22:43
- Baxış sayı: 101
- Yanvar 17, 2025
- 0
Hər il 28 oktyabr Beynəlxalq Cüdo Federasiyası üçün əlamətdardır. Allsport.az saytı xəbər verir ki, bu idman növünün banisi hesab edilən Ciqoro Kanonun xatirəsinə onun doğulduğu gün hər il Dünya Cüdo Günü kimi qeyd olunur. Hazırda dünyada 20 milyondan çox insan cüdo ilə məşğul olur. Beş qitə ittifaqı özündə birləşdirən IJF-yə 195 milli federasiya daxildir.
Azərbaycanda da idmanın bu növünə maraq çox böyükdür. 1992-ci ildə Nazim Hüseynov, 2008-ci ildə isə Elnur Məmmədli olimpiya çempionu adını qazanıblar. 2013-cü ildə Elxan Məmmədov Azərbaycanın ilk dünya çempionu kimi tarixə düşüb. Azərbaycan cüdoçuları beynəlxalq yarışlar, Avropa çempionatları, Avropa Oyunlarında da mükafatçılar sırasında yer alıblar. Hazırda xüsusən kişilərdən ibarət cüdo millisinin üzvləri mötəbər yarışlarda ölkəmizi layiqincə təmsil edirlər.
Cari ildə cüdoçularımız olimpiya oyunlarında, Avropa çempionatında, “Böyük Dəbilqə”, “World masters” və qran-pri kimi nüfuzlu turnirlərdə medallar qazanıblar.