- Baxış sayı: 37
- 21 Noyabr 2024 20:11
- Baxış sayı: 95
- Noyabr 21, 2024
- 0
28 oktyabr Dünya Cüdo Günü kimi qeyd edir. Allsport.az saytı xəbər verir ki, bu idman növünün yaradıcısı Ciqoro Kanonun anadan olduğu üçün tarix əlamətdarlığı ilə keçirilir. Bu gün 20 milyondan çox insan cüdo ilə məşğul olur. 5 qitəni ittifaqı özündə birləşdirən İJF-ə 195 milli federasiya daxildir. Azərbaycanda da bu idman növünə maraq çox böyükdür. 1992-ci ildə Nazim Hüseynov, 2008-ci ildə isə Elnur Məmmədli olimpiya oyunlarında qalib olaraq tarix yazıblar.
2013-cü ildə Elxan Məmmədov Azərbaycanın ilk dünya çempionu kimi tarixə düşüb. Tatami ustalarımız bir çox beynəlxalq yarışlarda, Avropa çempionatlarında, Avropa və İslam oyunlarında parlaq qələbələr qazanıblar. Hazırda da cüdo üzrə milli komandamızın üzvləri mötəbər yarışlarda uğurlar qazanaraq ölkəmizin idman şərəfini ləyaqətlə ucaldırlar. Son iki ildə cüdoçularımız olimpiya oyunları, Avropa çempionatı , “Böyük dəbilqə”, “World Masters” və qran-pri kimi nüfuzlu yarışlarda uğurla çıxış edərək medallar qazanıblar.
2016-cı ildə böyüklərdən ibarət milli komandamız Azərbaycan cüdo tarixində ilk dəfə olaraq Avropa çempionatının komanda yarışlarında 3-cü yeri tutub. 2017-ci ildə isə milli komandamız gənclər arasında Avropa birinciliyinin komanda yarışlarında qızıl medal qazanıb.