- Baxış sayı: 237
- 30 Noyabr 2025 10:00
- Baxış sayı: 53
- Dekabr 05, 2025
- 0

Bakıda “Gimnastika hamı üçün” növü üzrə 3-cü beynəlxalq “Çağırış” festivalının açılışı olub. Allsport.az saytı xəbər verir ki, dənizkənarı milli parkda tədbir iştirakçıların keçidi ilə başlayıb. Komandalar Bakı idman sarayından yürüşə başlayaraq, orkestrin müşayiəti ilə Azərbaycan dövlət kukla teatrının arxasında yerləşən əsas səhnəyə doğru irəliləyiblər.
Yarışda Azərbaycan, Gürcüstan, Monqolustan və Uqanda olmaqla 4 ölkədən 900-dək iştirakçı və 52 komanda mübarizə aparıb. Azərbaycanın yarışda iştirakı yalnız paytaxtla məhdudlaşmayıb – ölkənin müxtəlif bölgələrindən gələn komandalar da fəal şəkildə təmsil olunublar.
Festival çərçivəsində iştirakçılar iki yaş kateqoriyasında – 50 yaşdan aşağı və 50 yaşdan yuxarı – öz bacarıqlarını nümayiş etdiriblər. Tədbir zamanı müxtəlif ustad dərsləri, rəngarəng komandaların yürüşləri, gimnastika üzrə çıxışlar və hər yaşa uyğun əyləncə proqramları təşkil olunub.