- Baxış sayı: 59
- 22 Mart 2026 15:42
- Baxış sayı: 137
- Mart 25, 2026
- 0
“Xəzər Lənkəran” komandadan gedən futbolçularla bağlı məlumat yayıb. Allsport.az xəbər verir ki, klubla yarımmüdafiəçi Elnur Abdullayev arasında müqavilənin müddəti başa çatdığı üçün futbolçu sərbəst oyunçu statusunda klubdan ayrılıb.
Bundan əlavə Rauf Əliyev, Əfran İsmayılov, Rəşad Sadiqov, Aleksandr Şemonayev və Vanderson Skarduelli ilə mövcüd olan müqavilələrə qarşılıqlı şəkildə xitam verilib.
Adrian Skarlatake, Tyeqo de Xesus və Fernando Qabriel klub tərəfindən transferə çıxarılıb.
Deyan Blajevski və Qalin İvanov isə klubun düşərgəsini icazəsiz tərk etdiklərinə və müqavilə öhdəliklərini kobud şəkildə pozduqlarına görə klub tərəfindən hər iki futbolçu ilə müqavilələrə birtərəfli şəkildə xitam verilib.