- Baxış sayı: 44
- 20 Noyabr 2024 22:21
- Baxış sayı: 91
- Noyabr 21, 2024
- 0
Azərbaycan ilk dəfə olaraq kişi idman gimnastikası üzrə Avropa çempionatına ev sahibliyi edəcək. Allsport.az xəbər verir ki, 34-cü qitə birinciliyi mayın 27-31-də milli gimnastika arenasında təşkil olunacaq.
Yarış iştirakçılarının ilkin siyahısı fevralın, adların qeyd olunacağı yekun siyahı isə aprelin sonunda dərc ediləcək.
Həm böyüklər, həm də gənclərin çıxış edəcəyi çempionat Tokio 2020 yay olimpiya oyunlarına hələ vəsiqə qazanmamış bəzi gimnastlar üçün son dəfə lisenziya əldə etmək şansı verəcək. Təsnifat yarışlarında ən yüksək xalı toplamış 2 gimnast olimpiadaya vəsiqə əldə edəcək.