- Baxış sayı: 81
- 10 Dekabr 2025 22:10
- Baxış sayı: 84
- Dekabr 15, 2025
- 0

Bədii gimnastika üzrə Azərbaycan çempionatının son günündə ilk mükafatlandırma mərasimləri baş tutub.
Allsport.az xəbər verir ki, yeniyetmələr ayrı-ayrı hərəkətlərdə qalib və mükafatçıları müəyyənləşdiriblər.
Azadə Atakişiyeva halqa və topla, Maya Kozaçuk lent və gürzlərlə hərəkətdə çempion olub.
Halqa: 1. Azadə Atakişiyeva, 2. Maya Kozaçuk, 3. Nur Sadıxova;
Top: 1. Azadə Atakişiyeva, 2. Maya Kozaçuk, 3. Alina Kolesnikova;
Gürzlər: 1. Maya Kozaçuk, 2. Yelizaveta Yefremova, 3. Azadə Atakişiyeva;
Lent: 1. Maya Kozaçuk, 2. Azadə Atakişiyeva, 3. Yelizaveta Yefremova.
Yarışın axşam sessiyasında gənclər və böyüklər arasında final mərhələləri keçiriləcək.