4 medalla 2-ci yer

Cüdo üzrə gənclərdən ibarət Azərbaycan yığması Avropa kubokunu 2-ci pillədə başa vurub.

Allsport.az xəbər verir ki, millimiz Avstriyanın Qrats şəhərinə keçirilən yarışda 4 medal qazanıb.

3 qızıl və 1 bürünc medala sahib çıxan komandamız yalnız Yaponiyadan (7-1-2) geri qalıb. Niderland cüdoçuları (1-1-3) üçüncü pillədə qərarlaşıblar.

Qeyd edək ki, yığmamızın heyətində Süleyman Şükürov (81 kq), Tuncay Şamil (90 kq) və Kənan Nəsibov (+100 kq) qızıl, Ramazan Əhmədov (+100 kq) isə bürünc medal qazanıb.

Həmin kateqoriyadan