- Baxış sayı: 245
- 26 Mart 2026 11:23
- Baxış sayı: 242
- Mart 26, 2026
- 0

Milli Gimnastika Arenasında bədii gimnastika üzrə 23-cü Bakı çempionatı və birinciliyinin qalibləri müəyyənləşib. Allsport.az saytı xəbər verir ki, 2008-ci il təvəllüdlü gimnastların yarışında 1-ci yeri çoxnövçülükdə Nərminə Bayramova (27,200) tutub.
2007-ci il təvəllüdlülərdə Fatimə Məmmədzadə (34.050), 2006-cı il təvəllüdlülərdə Zəhra Paşayeva (34.050) ilk pilləni tutublar.
Bütövlükdə yarışlarda Bakı Gimnastika Məktəbi, “Ocaq Sport”, “Gömrükçü”, “Sərhədçi”, “Spartak” klubları, DİN-in İdman Cəmiyyəti, Respublika Kompleks İdman Məktəbi və Şağan Olimpiya İdman Kompleksini təmsil edən 141 gimnast iştirak edib.