İlin son gimnastika yarışı keçirilir

Bu gün Milli Gimnastika Arenasının köməkçi zalında kişi və qadın idman gimnastikası üzrə 23-cü Azərbaycan çempionatı və Bakı birinciliyi, akrobatika gimnastikası üzrə 23-cü Azərbaycan çempionatı start götürüb.Allsport.az saytı xəbər verir ki, dekabrın 17-dək davam edəcək yarışların hər iki günündə kişi idman gimnastları 6 yaş kateqoriyası (yeni başlayanlar 2008-2009, kiçiklər 2006-2007, balacalar 2003-2004, yeniyetmələr 2001-2003, gənclər 1998-2001, böyüklər 1998-ci il təvəllüdlülər və daha böyüklər), qadın idman gimnastları isə 4 yaş kateqoriyasında (kiçiklər 2009, uşaqlar 2007-2008, balacalar 2006, gənclər və böyüklər 2002-ci il və daha böyüklər) çıxış edirlər.

Akrobatika gimnastikası üzrə isə balacalar (2002-2010), uşaqlar (2000-2007), yeniyetmələr (1998-2006) və böyüklər (2002-ci il təvəllüdlü və daha böyüklər) yaş kateqoriyasında yer almış kişi cütlükləri, qadın cütlükləri, qarışıq cütlüklər və qadın qrupları qarışıq, balans və temp hərəkətlərini icra edirlər.
İlin son yarışında iştirak edən 115 gimnast Bakı Gimnastika Məktəbi, Nizami rayonu İdman Məktəbi, “Ocaq Sport” Klubu, “Neftçi” klubu, Respublika Olimpiya İdman Liseyi və Sumqayıt şəhərini təmsil edir.

Həmin kateqoriyadan