6 cüdoçumuz tatamiyə çıxacaq

Bu gün Tacikistanın paytaxtı Düşənbədə keçiriləcək cüdo üzrə gənclər arasında dünya çempionatının ilk günündə 4 çəki dərəcəsində 6 cüdoçumuz medallar uğrunda mübarizə aparacaq.

Allsport.az xəbər verir ki, yarışın ilk günündə oğlanlar arasında 60 kq. çəkidə Nizami İmranov, 66 kq. çəkidə İslam Rəhimov və Məhəmməd Musayev güclərini sınayacaq. Qızlar arasında isə 48 kq. çəkidə Könül Əliyeva, 52 kq. çəkidə Xədicə Qədəşova və Aydan Vəliyeva tatamiyə çıxacaq.

Həmin kateqoriyadan