- Baxış sayı: 43
- 19 Yanvar 2025 20:11
- Baxış sayı: 174
- Yanvar 19, 2025
- 0
“Zirvə” İdman Klubunun cüdoçuları Ankarada turnirdə iştirak ediblər. Allsport.az saytı xəbər verir ki, “Zirvə”nin bu şəhərdə “Altunpark-Axarsu Yarış Kompleksi”ndə böyük rəhbər Mustafa Kamalın xatirəsinə beynəlxalq “Atatürk kuboku” keçirilib. Azərbaycanı bu yarışda klubun idmançıları təmsil ediblər.
Baş məşqçi Hətəm Əhmədov və məşqçi Elməddin Əhmədovun rəhbərliyi ilə rəqabətdə 20 cüdoçu qatılıb. Onların hər biri fəxri kürsüyə qalxaraq, ölkəmizi layiqincə təmsil ediblər. Yarışa ümuilikdə 350 nəfər qatılıb. Komandamız ümumilikdə 9 qızıl, 5 gümüş və 6 bürünc medal qazanıb.