- Baxış sayı: 45
- 26 Mart 2026 11:23
- Baxış sayı: 226
- Mart 25, 2026
- 0

7 dekabr tarixində milli gimnastika arenasında batut gimnastikası üzrə 8-ci ölkə birinciliyi və Bakı çempionatı keçiriləcək.
Allsport.az xəbər verir ki, yarışda idmançılar fərdi və sinxron proqramda balacalar (2017-ci il), uşaqlar (2014-2016), yeniyetmələr (2012-2013), gənclər (2008-2011) və böyüklər (2007-cı il və daha böyük) yaş kateqoriyaları üzrə mübarizə aparacaqlar.
Təsnifat mərhələsində 2 çıxışın cəminə əsasən qaliblər müəyyənləşəcək.