- Baxış sayı: 34
- 24 Noyabr 2024 10:15
- Baxış sayı: 98
- Noyabr 21, 2024
- 0
Noyabrın 17-18-də gimnastikanın ən maraqlı və həyəcanlı növlərindən biri olan akrobatika üzrə Bakıda ilk dəfə olaraq dünya kuboku keçiriləcək. Allsport.az saytı xəbər verir ki, 2 gün davam edəcək yarışda 2003-cü il təvəllüdlü və daha böyük oğlan, qız, qarışıq cütlüklər, qadın və kişi qrupları tərkibində mübarizə aparacaqlar. İlkin sifarişə əsasən, Belarus, İsrail, Qazaxıstan, Portuqaliya, Rusiya və Ukrayna komandaları turnirdə iştirak etmək üçün qeydiyyatdan keçiblər.
Ölkəmizi kubok yarışlarında son Avropa çempionatının bürünc medalçıları, qarışıq cütlüklərimiz Abdulla Əl-Məşayxi – Ruhidil Qurbanlı və Ağasif Rəhimov–Nurcan Cabbarlı təmsil edəcəklər. Kişi cütlükləri proqramında isə Dünya Yaş Qrupu Yarışlarının gümüş medalçıları Seymur Cəfərov–Murad Əkpərov ən yaxşı yer uğrunda mübarizə aparacaqlar.
Turnirdə ən yüksək icra xalını toplamış cütlüklər və qruplara ənənəvi “AGF Trophy” kuboku da təqdim olunacaq.