- Baxış sayı: 40
- 06 Fevral 2026 21:54
- Baxış sayı: 124
- Fevral 06, 2026
- 0

Cüdo üzrə U-14 yeniyetmələrin liqasının III turu start götürüb.
Allsport.az saytı xəbər verir ki, yarışda 80 klub və idman cəmiyyətindən olan 390 idmançı (313 oğlan, 77 qız) ümumilikdə 18 çəki dərəcəsində medallar uğrunda mübarizəyə qoşulub.
Hövsan qəsəbəsində yerləşən “Xilasedici” İSM-də sınağın ilk günündə 9 çəkidə qalib və mükafatçılar müəyyənləşib.