Millimizin rəqibləri müəyyənləşir

Bu gün saat 17:15-də İsveçrənin Nyon şəhərində DÇ-2020-nin elit-raundunun püşkü atılacaq. Allsport.az xəbər verir ki, UEFA püşk öncəsi komandaları səbətləri bölüb. Azərbaycan millisi öz qrupunun ikinci komandası olacaq. Yığma İtaliya, Sloveniya, Serbiyaya rəqib olmayacaq.

Qarşısında ulduz olan komandaların evsahibliyi etmək üçün müraciəti təsdiqlənib. Komandaları reytinq cədvəlindəki mövqeyinə uyğun olaraq bu cür təsnifatlandırılıblar. Elit-raundda iştirak edəcək 16 komada hər birində 4 iştirakçı olmaqla 4 qrupa bölünəcək. Hər qrupda əsas mərhələdə qrup qalibi olmuş 2, bir o qədər də ikinci pilləni turmuş komanda yer alacaq. Qrup qalibləri elit-raundun püşkü zamanı öz qruplarında 1-ci və 2-ci sırada, əsas mərhələnin “ikinciləri” isə 3-cü və 4-cü sırada qərarlaşacaq. Elit-raundun oyunları 2020-ci il yanvarın 28-dən fevralın 2-dək keçiriləcək. Qrup qalibləri birbaşa final mərhələsinə yüksələcək. İkinci pillənin sahibi olacaq 4 komanda pley-off-da üz-üzə gələcək. Pley-off oyunları aprelin 9-da və 12-də ev-səfər prinsipi ilə keçiriləcək. Qaliblər həlledici mərhələdə iştirak edəcəklər. Final mərhələsi gələn il sentyabrın 12-dən oktyabrın 4-dək Litvada təşkil olunacaq. Oyunlar “Kaunas Arena”da, “Vilnüs Arena”da və “Klaipeda Arena”da keçiriləcək.

Ev sahibi:
Səbət 1 (qrupda 4-cü pillədə)

Xorvatiya*
Çexiya*
Ukrayna*

Səbət 2 (qrupda 2-ci pillədə)
Serbiya*

Səbət 3 (qrupuda 1-ci pillədə)
Rusiya*
İspaniya*
Portuqaliya*

Səbət 1 (qrupda 3-cü və 4-cü pillədə)
Belarus
Finlandiya
Fransa
Rumıniya
Slovakiya

Səbət 2 (qrupda 2-ci pillə):
Azərbaycan
İtaliya
Sloveniya

Səbət 3 (qrupda 1-ci pillə):
Qazaxıstan

Həmin kateqoriyadan