- Baxış sayı: 18
- 24 Mart 2026 15:50
- Baxış sayı: 347
- Mart 22, 2026
- 0

“Atletiko San-Luis” klubu baş məşqçisi Gilyermo Abaskal ilə yolunu ayırıb.
Allsport.az xəbər verir ki, 36 yaşlı ispan mütəxəssisin müqaviləsinə qarşılıqlı razılıq əsasında xitam verilib.
Abaskalın istefasına komandanın son vaxtlar nümayiş etdirdiyi uğursuz nəticələr səbəb olub. Martın 22-də doğma meydanda “Leon”a uduzan (1:2) “Atletiko” hazırda turnir cədvəlində 11 xalla 15-ci pillədə qərarlaşıb. Gilyermo Abaskal 2025-ci ilin yayından rəhbərlik etdiyi komanda ilə çıxdığı 32 rəsmi matçda cəmi 10 qələbə qazanıb (19 məğlubiyyət, 3 heç-heçə).
Məlumata görə, mövsümün sonuna qədər komandanı müvəqqəti olaraq Raul Şabrand çalışdıracaq.
Abaskal 2022–2024-cü illərdə Moskvanın “Spartak” klubuna rəhbərlik edib. O, həmçinin İspaniyanın “Qranada” və İsveçrənin “Bazel” klublarında da fəaliyyət göstərib.