- Baxış sayı: 91
- 10 Noyabr 2025 18:01
- Baxış sayı: 37
- Dekabr 05, 2025
- 0

UEFA 19 yaşadək futzalçılardan ibarət milli komandalar arasında təşkil ediləcək AÇ-2021-in planlarını açıqlayıb. Allsport.az xəbər verir ki, qitənin ali futbol qurumu ilkin və əsas mərhələnin püşkatma mərasimini bu il oktyabrın 23-də keçirəcək.
İlkin mərhələnin oyunları gələn il yanvarın 12-dən 17-dək, əsas mərhələnin qarşılaşmaları isə martın 23-dən 28-dək keçiriləcək. Həlledici mərhələ isə 2021-ci il oktyabrın 31-dən noyabrın 7-dək təşkil olunacaq
8 komandanın iştirak edəcəyi və iki qrupda mübarizə aparacağı final mərhələsinə hansı ölkənin evsahibliyi edəcəyinə isə sentyabrın 24-də keçiriləcək UEFA icraiyyə komitəsinin iclasında aydınlıq gətiriləcək.
U-19-lar arasında ilk Avropa çempionatı 2019-cu ildə keçirilib. Latviyda təşkil olunan qitə birinciliyinin qalibi İspaniya futzalçıları olub. Azərbaycan millisi əsas mərhələdə mübarizə aparıb və həlledici mərhələyə vəsiqə qazana bilməyib.
U-19 hazırda baş məşqçi Ağatahir Əzimovun rəhbərliyi altında fəaliyyət göstərir.